Məqsəd Nur AzTV-də baş direktor təyin olundu

14 İyul 2015 13:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə publika.az-a məlumat verən AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bugündən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, "Azad Azərbaycan" Televiziyasının (ATV) "Xəbərlər" Departamentinin rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb.