“Onu saxlaya bilmərik”

18 Oktyabr 2012 06:43 (UTC+04:00)


La Liqada göstərdiyi oyunla Avropanın ən böyük klublarının transfer siyahısına girən Radamel Falkao qısa müddətdə Madriddən ayrılmağa hazırlaşır. "Atletiko Madrid" klubunun prezidenti Enrike Çerezo ulduz oyunçunu heyyətdə saxlamaqlarının çox çətin olduğunu etiraf edib.

Müqaviləsində yer alan sərbəst qalma bədəlinin ödənilməsi durumunda transferin qarşısına keçə biləcəklərinin çətin olduğunu bildirən Çerezo "Falkao müqavilənin şərtlərinə sadiq bir insandir. Bu kluba öz istəyi ilə gəlib. Onun məsuliyyətli olduğunu düşünürəm" deyib.

Elman Bakuvi
AzNew.az