Çində 3 uyğur güllələndi

14 İyul 2015 15:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Polisin yaydığı məlumata əsasən, atışma 3 kişi və bir qadın uyğur müsəlmanların qaldığı kirayələnən evə polis reydi keçirilən zaman baş verib.

Uyğurlar ölkənin qərbində yerləşən Sincan regionundan gəliblərmiş.

Pekin uyğur separatçıılarını Sincan və ölkənin digər bölgələrində terrorçuluq törətməkdə ittiham edir.

Uyğurlar isə bildirirlər ki, iğtişaşların yaranmasının əsas səbəbi Çin polisinin repressiv hərəkətləridir.