Natiq Əliyev: “Sanksiyaların ləğvi neft hasilatına təsir edəcək“

14 İyul 2015 16:10 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib.

"Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də, bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək", - deyə nazir qeyd edib.

N. Əliyev bildirib ki, İran qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması regionda yeni əməkdaşlıqlara yol açacaq.