İranla nüvə razılığı əldə olundu – Neft kəskin ucuzlaşır

14 İyul 2015 17:19 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il müddətinə qüvvədə qalacaq. Raket sanksiyaları isə hələ 8 il müddətində ləğv olunmayacaq.

Əldə olunan razılaşmaya görə, İran uran istehsalını 19 mindən 6100-ə endirəcək. Sentrifuqa istehsalını isə 10 tondan 300 kiloqrama qədər azaldacaq. BMT müfəttişləri İranda müəyyən olunan hərbi obyektlərə nəzarət məqsədilə girə biləcəklər.

Aİ bankları ilə bağlı məhdudiyyətlər və neft embarqosu ilk addım kimi ləğv olunacaq. Nəticədə İran daha artıq neft ixrac edə biləcək. Həmçinin, İran xarici hesablarında dondurulmuş ən az 100 milyard dolları əldə edə biləcək.

Neft qiymətləri ucuzlaşır

"Altılıq" ilə İran arasında nüvə silahlarının nəzarəti barədə razılıq əldə olunduqdan sonra İrana tətbiq olunan sanksiyalar azaldılmağa başlayıb. Sanksiyaların azaldılması Brent markalı neftin ucuzlaşmasına səbəb olub.

Belə ki, hazırda Brent markalı neftin bir bareli 57 dollardan da aşağı düşərək 56, 94 dollarda qərarlaşıb.

Aydan Axundova