Ukrayna həyəcan içində: Çernobıl kabusu geri dönə bilər
14 İyul 2015 20:12 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, Çernobıl meşəsindəki torf mərkəzlərində yanğın baş verib.
Ukrayna Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlər yanğın sahəsinin genişlənməsinin qarşısını almağa çalışır. Nazirlikdən bildirilib ki, yanğın ümumi sahəsi 5 hektar olmaqla iki sahədə davam edir.
Yanğınsöndürənlər vurğulayıblar ki, vəziyyətə nəzarət edilir. Yanğının söndürülməsi üçün 60 insan və texnikanın 10 vahidi cəlb edilib.
Çernobıl meşəsində bundan əvvəlki böyük yanğın aprelin 28-də baş verib. Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzəri betonla örtülsə də, ona doğru yaxınlaşan yanğın ciddi təhlükə yarada bilər. Belə ki, ekspertlər AES ətrafında yerə hopmuş radioaktiv şüanın yanaraq təkrar havaya qarışması təhlükəsini istisna etmirlər.