18 yaşlı gənc kanalda boğuldu

15 İyul 2015 15:39 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xan qızı kanalının Beylaqan rayonu, Əmirzeyidli kəndi ərazisindən keçən hissəsində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralı, nəzarətsiz ərazidə 1997-ci il təvəllüdlü, Məmmədov Əmrah Adəm oğlunun suda batması haqqında məlumat daxil olub.

Ə.Məmmədovun cəsədi batdığı yerdən 15 metr aralıda, "Səlyan" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:53-də başa çatıb.