Dünyanın ən populyar proqramlaşdırma dili hansıdır?
15 İyul 2015 16:17 (UTC+04:00)
AzNews.az İCTnews-a istinadən xəbər verir ki, "Java" proqramlaşdırma dilinin reytinqi 2,04 faiz yüksələrək 17,73 faiz olub.
16.15 faiz göstəriciyə malik "C" dili reytinqdə ikinci pillədə qərarlaşıb.
Hər ay "TIOBE Software" şirkəti tərəfindən tərtib edilən proqramlaşdırma dillərinin populyarlığı reytinqində "C++" proqramlaşdırma dili üçüncü pilləyə yüksəlib.
"TIOBE" reytinqi müvafiq proqramlaşdırma dilləri üzrə mütəxəssis və təlim kurslarının sayı haqda axtarış sistemlərinin məlumatına görə hesablanır.