“Qarabağ“ - “Rudar“ oyununa 17 min bilet satılıb
15 İyul 2015 17:40 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu oyun üçün 30 min bilet satışa çıxarılsa da bu dəqiqələrədək artıq 17 min bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Rudar" qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:30-da keçiriləcək.
Matç "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.