Rayon maşınları ilə bağlı qadağa ləğv edildi

15 İyul 2015 19:02 (UTC+04:00)



AzNews.az xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, bununla bağlı rəsmi qərar olmasa da, iyun ayında birinci Avropa Oyunları ilə bağlı şəhərə qeyri-Bakı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin girişinə qoyulmuş qadağa faktiki olaraq artıq yoxdur. Ona görə də istər Sumqayıtdan, istərsə də bölgələrdən gələn avtomobillərin paytaxta girişinə məhdudiyyət qoyulmur.