Prezident hərbi xidmətlə bağlı qanuna dəyişiklik etdi

15 İyul 2015 19:20 (UTC+04:00)
AzNews.az AzərTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 8; 2015, № 2, maddə 138) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2-ci bəndə "2.0.4-cü" sözlərindən sonra "maddəsində, 2.0.5-ci maddəsinin ikinci cümləsində" sözləri və "16.2-ci" sözlərindən sonra "maddələrində, 28.6-cı maddəsinin ikinci cümləsində" sözləri əlavə edilsin.

2. 5.4-cü bənddə "2.0.5-ci, 4.2-ci maddələrində" sözləri "2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində" sözləri ilə əvəz edilsin.

3. 5.11-ci bəndə "Qanunun" sözündən sonra "2.0.9-cu maddəsinin ikinci cümləsində," sözləri əlavə edilsin.