Nyu-Yorkda qeyri-adi terror

18 Oktyabr 2012 07:30 (UTC+04:00)
Nyu-Yorkun mərkəzində yerləşən Federal Ehtiyatlar Bankının binasını partlatmaq istəyən 21 yaşlı Banqladeş vətəndaşı saxlanılıb.

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçunun avtomobilində yarım ton trotil olub ancaq o, özü də fərqində olmadan terrorçunu izləyən Federal Təhqiqat Bürosu əməkdaşları partlayıcını digər vasitə ilə əvəzləyiblər.

Maşında partlayıcının olduğunu hesab Axsan Nafis avtomobili binaya çırpmaq istəyərkən saxlanılıb. O, dindirilərkən boynuna alıb ki, "Əl-Qaidə" terror təşkilatına işləyir. Polisdən verilən məlumata görə, Nafis ölkəyə tələbə vizası daxil olub və uzun müddət partlayışı həyata keçirmək üçün çalışıb.

Sadiq Musa
AzNews.az