Etirazçılardan prezidentə ultimatum - Avqustun 1-dək...

15 İyul 2015 20:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar elektrik enerjisi tariflərinin artımı haqqında qərarın avqustun 1-dək ləğv edilməsini tələb edirlər.

Etirazçılar iyunun 23-ü və iyulun 6-da keçirilmiş aksiyalarda nümayiş iştirakçıları və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını da tələb edirlər.

Qeyd edək ki, iyunun 19-dan Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.