Dənizdə batan 2 nəfərin həyatı xilas edildi

15 İyul 2015 22:27 (UTC+04:00)



AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, "Türkan" sularda xilasetmə postunun ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 17:20-də başa çatıb.

Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə, "Qaradağ-1" sularda xilasetmə postunun ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 18:40-da başa çatıb.