Komitə 443 müəssisədə ciddi nöqsan aşkarladı

18 Oktyabr 2012 07:38 (UTC+04:00)
Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlar Üzrə Dövlət Nəzarət Xidməti 600-ə yaxın müəssisədə nəzarət yoxlaması həyata keçirib. Bu barədə AzNews.az-a nəzarət xidmətiin rəisi Əbülfət İmanov məlumat verib.

Ə.İmanovun sözlərinə görə, 443 müəssisədə ciddi nöqsan aşkarlanıb. 126 müəssisədə satışa qadağa qoyulub. 164 min manat cərimə tətbiq olunub ki, bunlardan da 50 mindən çoxu dövlət büdcəsinə ödənilməyib.

Elnarə Əlosmanqızı
AzNews.az