Bayram namazı nə vaxt qılınacaq?

16 İyul 2015 11:35 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsindən AzNews.az verilən məlumata görə,namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

Xatırladaq ki, Ramazan bayramı iyulun 18-nə təsadüf edir. Bayramla bağlı olaraq bu il 4 gün qeyri-iş günü olacaq.

Hər il Ramazan ayının sonunda fitrə zəkatı verilməlidir. Bu il üçün fitrə zəkatının məbləği 5-10 manat müəyyən edilib.

Zəkatın bayrama kimi ehtiyacı olan şəxslərə çatdırılması məsləhətdir.

Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Eyni zamanda, fitrə zəkatının pulla verilməsi vacib deyil, ərzaqla da verilə bilər.