Telekanallar məhkəməyə verildi

18 Oktyabr 2012 07:57 (UTC+04:00)


Binəqədidə yerləşən "Fİbramed MMC" ATV və "Space" telekanalını məhkəməyə verib. Bu barədə məlumatı Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Maşınqayırma və Tikinti Şöbəsinin müdiri Yusif Mahirov AzNews.az-a açıqlamasında verib.

M.Yusifov bildirib ki, bir müddət əvvəl həmin müəssisədə mətbuatın iştirakı ilə yoxlamalar keçirilib və o müəsisənin fəaliyyəti dayandırılıb. Bu qərarla razılaşmayan "Fİbramad MMC" məhkəməyə müraciət edib. 1 saylı İnzibati İqtisad Məhkəməsində işə baxılaraq, dövlət komitəsinin qərarı qüvvədə saxlanılıb.

Bundan sonra "Febramed MMC" yenidən məhkəməyə müraciət edərək ATV və "Space" telekanalını məhkəməyə verib və öz haqqı kimi onların razılığı olmadan çəkiliş aparıldığını göstərib.

Dövlət komitəsinin rəsmisi məsələ ilə bağlı bütün sənədlərin yaxın zamada məhkəməyə təqdim olunacağını bildirdi.

Elnarə Əlosmanqızı
AzNews.az