20 yaşlı oğlan yeznəsini bıçaqladı
16 İyul 2015 19:05 (UTC+04:00)
AzNews.az-ın Apa-ya istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Ağabalayev yeznəsi, 1989-cu il təvəllüdlü Mahir Abdullayevi bıçaqlayıb.
M. Abdullayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda polis O. Ağabalayevin tutulması istiqamətində iş aparır.