1 saat ərzində eyni yerdə iki yol qəzası - Yaralılar var, Fotolar

16 İyul 2015 19:24 (UTC+04:00)


AzNews.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisələr bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlk hadisə zamanı Bərdə rayon sakini, 38 yaşlı Rüstəmov Çingiz Bulud oğlu idarə etdiyi 20-CO-632 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı betondan tikilmiş quyuya düşüb. Nəticədə sürücü və maşında olan sərnişin Ağdaş rayon sakini, 22 yaşlı Qasımov Elgül Dəmir oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Digər hadisə zamanı isə ağırtonajlı yük maşını quyuya düşüb. Maşına ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisələrin baş vermə səbəbləri ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.