Dustaqların hüquqları məhdudlaşdırılır

18 Oktyabr 2012 08:22 (UTC+04:00)
"Həbsxanalar bizim gözümüzdə: Azərbaycan həbsxanalarında ilkin monitorinqin nəticələri" mövzusunda keçirilən tədbirdə çıxış edən deputat İqbal Ağazadə belə tədbirlərin keçirilməsinin problemlərin həllinin sürətlənməsi baxımından böyük əhəmiyyət daşıdığını vurgulayıb: "Hesab edirəm ki, belə tədbirlər həbsxanalardakı vəziyyətin daha da yaxşılaşdırılmasını sürətləndirir. Bu gün həbsxanada cəza çəkən insanlar məhkəmələrin ədalətliliyinə güvənmirsə, oradakı vəziyyətin müzakirəsi də əhəmiyyətsizdir".

Millət vəkili təbliğatla reallıq arasındakı fərqə də toxunub: "Bizdə belə bir adət var, yeni tikilmiş hansısa obyekti təbliğ edirlər. Amma vəziyyət heç də göstərildiyi kimi deyil. Bu yaxınlarda həbsxanada iki nəfər ölmüşdü. Amma onlar barədə ətraflı məlumat verilmədi. Onu da qeyd edim ki, hətta dustaqların hüquq müstəvisində azadlığa çıxması da, problem olaraq qalmaqdadır. Azərbaycanda dustaqların məzuniyyətə getmək hüququ var. Amma bu imkanları onlara kim verir? Heç kim".

İlkin
AzNews.az