Ağdamdakı yanğınla bağlı rəsmi açıqlama

16 İyul 2015 22:27 (UTC+04:00)



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibinin 2 azyaşlı uşağı vəfat edib. Yaxınlıqdakı tikililər yağından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.