Mehriban Xanlarovadan şok açıqlamalar – EKSKLÜZİV

18 Oktyabr 2012 08:45 (UTC+04:00)
Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı Etibar Süleymanov sensayiya yarada biləcək açıqlama verib. O, Mehriban xanımın ona 47 min dollar borclu olmasını və gələcəkdə lazım olsa, məhkəməyə də müraciət edəcəyini söyləyib.

Məsələylə bağlı M.Xanlarovayla əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında keçmiş həyat yoldaşının dediklərini yalan adlandırdı: "Həyat yoldaşıma pul borclu olmağım yalan söhbətdir. Mənim heç kimə borcum yoxdur. O və bu işin ortaqları mənim adımı batırmaq istəyirlər. Bu şəxs kimdirsə, qazandığım damla-damla şöhrəti yerə vurmağa çalışır. Məni məhkəməyə versin də... görək, o tutular, yoxsa mən?"

M.Xanlarova döyülməsi xəbərinin də böhtan olduğunu söylədi: "Döyülmək söhbəti də yalandır. Mən kosmetikasız efirlərə çıxdım və dedim ki, baxın... əgər, vəhşicəsinə döyülmüşəmsə, burada nə edirəm? Xəstəxanada olmalıydım. Yəqin ki, məni həzm edə bilmirlər."

Əməkdar artist haqqında yayılan digər bir xəbərə də münasibətini bildirdi. O, ikinci dəfə ailə qurmadığını bildirdi: "Mən ikinci dəfə ailə qurmamışam. Niyyətimdə yoxdur ki, ailə qurum".

Fuad Mədətov
AzNews.az