Daş karxanaları nəzarətə götürülür

18 Oktyabr 2012 09:16 (UTC+04:00)
Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Fövqalədə Hallar Nazirliyi ilə birgə daş karxanalarında geniş miqyaslı yoxlamalara başlayacaq. Bu barədə məlumatı komitənin Maşınqayırma və Tikinti şöbəsinin müdiri Mahir Yusifov verib.

M.Yusifovun sözlərinə görə, yoxlamalar zamanı istehsal olunan daşların ölçüsü, keyfiyyəti kimi məsələlərə diqqət ediləcək.

Bunlarla yanaşı tikintidə istifadə olunan daşların təhlükəsizlilyi məsələsinə də xususi diqqət yetirilir. Belə ki, FHN ilə dövlət komitəsi birlikdə həmin daşların çıxarıldığı ərazinin radioaktivliyini də yoxlamağı planlaşdırır.

Elnarə Əlosmanqızı
AzNews.az