Sərkisyanın mətbuat katibi istefa verdi

18 İyul 2015 16:33 (UTC+04:00)

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Saqatelyan özünün Facebook səhifəsində məlumat yayıb:

"Əziz həmkarlarım, sizə bildirəm ki, mən bu gün prezidentə ərizə ilə müraciət edərək mətbuat katibi vəzifəsindən azad olunmağımı xahiş etmişəm.

Mən başqa iş təklifi almışam və biznes layihələrimi reallaşdırmaq üçün özəl sektora keçməyi arzulayıram. Yeni görüşlərədək".