İŞİD-dən növbəti dəhşət - 100 ölü

18 İyul 2015 18:57 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, paytaxt Bağdadın 30 kilometr şimal-şərqində yerləşən yaşayış məntəqəsində bomba yüklü maşınla terror aktı törədilib. Aralarında uşaqlar da olmaqla 100 nəfər həyatını itirib. Rəsmilər çoxlu sayda yaralının olduğunu deyir.

Terror aktını İŞİD öz üzərinə götürüb.