Ceyms Uorlik İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək

18 İyul 2015 23:01 (UTC+04:00)

AzNewsd.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə etmək üçün bazar ertəsi İrəvana səfər edəcəm", deyə Ceyms Uorlik bildirib.

C. Uorlik səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəyini bildirib.