Fәzail Ağamalı mətbuat katibini işdən qovdu - Facebooka görə

19 İyul 2015 19:56 (UTC+04:00)


AzNews.az arqument.az-a istinadən xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, bundan әvvәl Ayşәn Ayxan Әbülfәz Elçibәyin portretini örtük fotosu etdiyi üçün işdәn çıxarılsa da, sonradan geri qaytarılıbmış.

Baş verənlərlə bağlı Ayşən Ayxan da status paylaşıb:

"Məlum olduğu kimi hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm.Bildiyiniz uyğun vakansiyalar varsa bildirməyinizi rica edirəm.Çünki işləməyim vacibdir,hətta o dərəcədəki bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün.İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurdcasına məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür can sağlığı diləyirəm. Necə deyərlər kəsər dönər , sap dönər, gün gələr hesab dönər. Müqəddəs hesab etdikləri ayda gördükləri "səvab" iş mükafatsız qalmaz ümid edirəm", - deyə o yazır.