Gülərin vəziyyəti ağırlaşdı

18 Oktyabr 2012 09:57 (UTC+04:00)


Xəbər verdiyimiz kimi, ANS televiziyasının Xəbərlər Departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova ağır xəstəliyə tutulub və hazırda Türkiyədə həkim nəzarətindədir. Onun müalicəsi üçün tələb olunan 120 min dolların toplanması məqsədilə keçirilən kampaniya davam edir.

AzNews.az xəbər verir ki, bu gün G.Məmmədova Facebook sosial şəbəkəsindəki səhifəsində yazdığı qeydlərində vəziyyətinin getdikcə pisləşdiyini bildirib: "Neçə gündür facebooka girə bilmirdim. Bilirəm, məndən xəbər gözləyənlər çoxdur. Kimya terapiyasının əks təsirləri başladı. O üzdən səhhətimdə bəzi problemlər yarandı. Həkimlər deyir ki, bu, normal haldır. Onlar bunu gözləyirdilər. Düşünürdüm ki, getdikcə daha asan olar, amma deyəsən səhv etmişəm. Çox çətindir, lakin Muradı yanımda görəndə onun simasında yüzlərlə məni sevən, gözləyən və mənim sağalmağıma inanan insanları görürəm. Və özümdə güc tapıb mübarizəni davam etdirirəm".

"Gülərə dəstək olaq" kampaniyasının təşkilatçısı, Kənan Quluzadə də Gülər Məmmədovaya dəstək olmaq üçün insanlara səslənib: "İntensiv kimya terapiyasının bərpasından öncə Gülərin bir neçə günlük fasilə ilə xəstəxanadan evə buraxılacağını düşünürdük. Lakin bu səhər vəziyyəti pisləşdi. Hərarəti yüksəldi və hazırda yardım kampaniyasını dayandırmaq haqda kimsə düşünmür... Maliyyə xərcləri getdikcə artır. İnsanlar köməkliyə davam edir. İctimai xətlə cəmi 80 min manat toplanılıb... Böyük şirkətlərdən cavab gözləyirik. Hər hansı bir kütləvi aksiya planlaşdırmırıq. Sizin hamınıza və Allaha ümid edirik!".

Gülər Məmmədovanın həyat yoldaşı Murad Hüseynov isə Facebook səhifəsində, vəziyyəti kəskinləşən xanımının təcili +IV rezuslu qana
ehtiyacı olduğunu yazıb: "Gülərə təcili AB RH+ qan lazımdır. Kimin İstanbulda dost-tanışında bu qan qrupunun, eləcə də digər qan qrupunun daşıyıcıları varsa, mənə müraciət etsinlər. Telefon nömrəm: 05318137079".

Qeyd edək ki, yardım kampaniyasına qoşulmaq istəyənlər 055 823 98 10 (Seyran Bədəlov) və 055 750 55 52 (Ayaz Nizamioğlu) telefon nömrələri vasitəsilə əlaqə saxlaya və ya Park Bulvar AVM-də keçirilən yardım aksiyasına qoşula bilərlər.

G.Məmmədovanın müalicəsi üçün bank hesabı da açılıb.

İki azyaşlı körpə anası olan G.Məmmədovanın müalicəsinə kömək etmək istəyənlər yardımlarını aşağıdakı hesab nömrələrinə köçürə bilərlər:

Hesabın növü və nömrəsi:

USD cari 381184000207999304
AZN cari 380194400207999303
AZN kart( Kart N 5247480503447241) 380194400207999302
EUR cari 381197800207999305


"Bank Respublika" ASC MXD-nin rekvizitləri:

Manat köçürmələri üçün:

"Bank Respublika" ASC Musteri Xidmeti Departamenti, m/h İBAN AZ80NABZ01350100000000014944 AMB Əİ-də, kod: 505668, VÖEN: 9900001901, SWIFT: BRESAZ22.

Vəsaitlərin xarici ölkələrindən USD ilə daxil olması üçün:

Wells Fargo Bank, New York/USA, SWIFT: PNBPUS3NNYC for credit to OJSC "Bank Respublika", Baku/Azerbaijan, SWIFT: BRESAZ22 Corr. Acc. No. № 2000193004380 USD for further credit to the Acc. No.

Vəsaitlərin xarici ölkələrindən EUR ilə daxil olması üçün:

Commerzbank AG, Frankfurt am Main, SWIFT: COBADEFF for credit to OJSC "Bank Respublika", Baku/Azerbaijan, SWIFT: BRESAZ22 Corr. Acc.No.400887052901 for further credit to the Acc. No.

Fuad Mədətov
AzNews.az