BMT İranla bağlı qətnamə qəbul etdi

20 İyul 2015 21:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın "Röyters" agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən sonra BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.

Sənəddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İran məsələsinin baxılmasını sazişin qüvvəyə minməsindən 10 il sonra dayandıracaq.