Rusiya ilə ABŞ arasında kiber müharibə

18 Oktyabr 2012 10:28 (UTC+04:00)
Rusiya ilə ABŞ arasında yüksək texnologiyaların müharibəsi başlayır. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, artıq NATO-ya üzv ölkələrin kiber hücumlara qarşı səyi birləşdirilir. Buna səbəb, NATO-nun təhlükəsizliyi yüksək səviyyədə qorunan serverlərinə hücumların olmasıdır.

Bundan əlavəABŞ-da təhlükəsizlik tədbirlərini gücləndirir. Pentaqon xakerlik istedadına və biliklərinə sahib olan gənclərin kastinqini aparır. Ən güclülər Pentaqonun kiber təhlükəsizliyinin keşiyində duracaqlar.

Əslində isə ekspertlər təkcə ABŞ və Rusiya arasında münasibətlərin gərginləşdiyi qənaətində deyillər. Çin də yüksək texnologiyalar sahəsində son zamanlar irəliyə getdiyindən, bu ölkədən də kiber hücumlar həyata keçirilir. Çinlilərin əsas hədəfləri isə Rusiya və ya ABŞ olur.

Qeyd edək ki, 21-ci əsrin müharibələri də virtuallaşır. Belə ki, sadəcə ölkənin önəmli informasiyaların qorunduğu bir serverin sıradan çıxarılması ölkəyə kifayət qədər ciddi zərərin vurulması deməkdir.

Sadiq Musa
AzNews.az