Amerika kəşfiyyatçıları öldürüldü

18 Oktyabr 2012 10:35 (UTC+04:00)
Əfqanıstanın Qəndəhar şəhərində terror aktı törədilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçu kamikadze Əfqanıstan Xüsusi Xidmət orqanının binası yaxınlığında özünü partladıb.

Nəticədə 2 amerikalı 4 əfqan kəşfiyyatçı yerindəcə keçinib. Qeyd edək ki, son bir ildə 30 analoji terror aktı törədilib ki, nəticədə 51 nəfər həyatını itirib.

Sadiq Musa
AzNews.az