Davudoğlu Şanlıurfaya getdi – Yaralıları ziyarət edəcək

21 İyul 2015 12:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Məlumatda deyilir ki, Davudoğlunu Ankara Hava Limanında Ankara valisi Mehmet Kılıçlar və digər rəsmilər yola salıb.

Baş nazir Əhməd Davudoğlu ilə bərabər xanımı Sara Davudoğlu, milli müdafiə naziri Vecdi Gönül və bəzi millət vəkilləri də Şanlıurfaya gedib.

Şanlıurfa səfərinin ardından Davudoğlu dünən şəhid olan hərbçi Müsəllim Ünalın vida mərasimində iştirak etmək üçün Adıyamana yola düşəcək.