Türkiyə daha bir övladını torpağa tapşırdı

21 İyul 2015 17:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Adıyamanda şəhid olan Müsəllim Ünalın vida mərasimində Baş nazir Əhməd Davuoğlu, Numan Kurtulmuş və CHP nümayəndə heyətinin üzvləri iştirak edib.

Mərasimdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Necdət Özəlin başsağlığı oxunub: "Qəhrəman oğlumuza öz adımdan, Silahlı Qüvvələrin bütün heyəti adından Allahdan rəhmət, kədərli ailəsinə və yaxınlarına səbr və başsağlığı diləyirəm".

Mərasimdən sonra şəhidin cənazəsi Kayseriyə göndəriləcək.