Jurnalistlər piket keçirdi

18 Oktyabr 2012 11:04 (UTC+04:00)


Bu gün bir qrup qəzet işçisi "Qasid" mətbuat yayımı firmasının Bakıdakı ofisi qarşısında etiraz piketi keçirib. Piketin əsas təşkilatçıları "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin kollektivi olub.

Saat 14-də başlanan və 20 dəqiqəyədək davam edən aksiyada "Qasid" firmasından qəzetlərin borcunu ödəmək tələb olunub.

"Media forum" saytının məlumatına görə, piketçilər qarşısına çıxan "Qasid" rəhbəri, Milli Məclisin deputatı Mirkazım Kazımov qəzetlərə olan borcun ilin sonunadək ödənəcəyini vəd edib. Polis aksiyaya müdaxilə etməyib.

AzNews.az