Dinozavr sümüklərini oğurlayan tutuldu

18 Oktyabr 2012 11:08 (UTC+04:00)
ABŞ-ın Florida ştatında Dinozavr sümüklərini oğurlayan şəxs yaxalanıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 39 yaşlı Erik Prokop mütəşəkkil dəstə yaratmaqda və xüsusi qorunan Dinozavr sümüklərini oğurlayaraq satmaqda ittiham edilir.

Prokopun günahı sübut edilərsə onu 5 ildən 20 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, kökü çoxdan kəsilmiş bu cür heyvanların skeletləri qara bazarda çox baha qiymətə satılır.

Sadiq Musa
AzNews.az