Türkiyəyə dəhşət yaşadan gəncin anası danışdı
22 İyul 2015 00:21 (UTC+04:00)
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, 20 yaşlı gəncin anası Semüre Alagöz bildirib ki, o, oğlu ilə sonuncu dəfə Ramazan ayından əvvəl telefonla danışıb.
Ananın sözlərinə görə, oğulları Ədurrəhman və Yunus Alagöz 6 ay əvvəl ölkəni tərk ediblər.
"Oğlum Ədurrəhman rəngsaz idi. Adıyaman rayonunda böyük qardaşı Yunusla işləyirdi. Evi o ikisi dolandırırdı. Xaricə əvvəlcə Ədurrəhman getdi, sonra isə Yunus. 6 yadır ki, Türkiyədə deyillər. Nə iş gördüklərini bilmirəm, demirdilər. Sadəcə yaxşı olduqlarını və narahat olmamağımı deyirdilər. İnanın ki, hansı ölkəyə getdiyini də bilmirəm. Yaxın vaxtlarda geri qayıdacaqlarını demişdilər. İŞİD-ə qoşulub-qoşulmadıqlarını və ya Suriyada döyüşlərə gedib-getmədiklərini də bilmirəm", - Semüre Alagöz deyib.
İyunun 19-da Şanlıurfa vilayətində Amara mədəniyyət mərkəzinin qarşısında terrorçu kamikadze özünü partladıb. Patlayış nəticəsində 32 nəfər ölüb, 100-dən adam yaralanıb. Terror aktını İŞİD terrorçu qruplaşmasının üzvü olan 18 yaşlı gənc qızın törətdiyi bildirilirdi. Lakin sonradan məlum olub ki, terrorçu kamikadze qadın paltarı geyinmiş gənc oğlandır.