Bakıda 28 dərəcə isti olacaq

18 Oktyabr 2012 15:15 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlar isə oktyabrın 19-20-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdünün əksər meteohəssas insanlar üçün əsasən əlverişli olduğunu göstərir.

Elnarə Əlosmanqızı
Aznews.az