Nuridə Atəşi müğənnini məhkəməyə verir: “O, cavabsız məhəbbətimin...”
22 İyul 2015 11:14 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, müğənninin məhkəməyə verilməsinə səbəb "Neyləsən mənə görən" mahnısının müəllif hüquqlarının pozulmasıdır:
"Axşam bir tədbirdən qayıdırdım. Maşında Berlin radiosunda Türkiyədə 1-ci yerə çıxan sözləri və musiqisi Cavit Təbriziyə aid olan "Neyləsən mənə görən" mahnısının anonsu verildi. Bu sözlər illər öncəsi düz 5 illik, lal, cavabsız məhəbbətimin səssiz fəryadları idi".
N.Atəşi elə həmin anda aparıcını arayıb və araşdırma zamanı məlum olub ki, müğənni bu mahnını Türkiyədə anonim oxuyub:
"Disklər buraxır, satdırır və özünə şöhrət qazanıb. Müğənnini Türkiyədə məhkəməyə verməyə və bütün bunların haqq-hesabını sormağa qəti qərar verdim".
Bahar RÜSTƏMLİ
AzNews.az