Nazirlik 847 nəfəri işdən çıxardı

22 İyul 2015 14:32 (UTC+04:00)

RYTN-dən AzNews.az-a verilən məlumata görə, ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı 752.7 manat, o cümlədən telekommunikasiya sektorunda 849.0 manat, poçt sektorunda isə 249.9 manat təşkil edir.

Hesabat dövründə sektora 158.3 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 48 milyon manat investisiya yatırılıb. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 2%-ni təşkil edir və ötən ilin 6 ayı ilə müqayisədə investisiyanın həcmi 2.5 dəfə çoxdur.

2015-ci ilin 6 ayında rabitə birlik və müəssisələrində 704 nəfər işə qəbul edilib, 847 nəfər işdən azad olunub. İşdən azad olunanlardan 719 nəfəri öz ərizəsinə əsasən, 128 nəfər isə Əmək Məcəlləsinin digər maddələrinə əsasən azad olunmuşlar.

İxtisasartırma kurslarında 3201 nəfər iştirak edib ki, onlardan 2498-i istehsalatdan ayrılmadan, 703 nəfəri isə istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarında olublar.

Hesabat dövrü ərzində 3 nəfərə "Rabitə ustası", 8 nəfərə "Fəxri Fərman", 24 nəfərə "Əmək veteranı", 1 nəfərə "Fədakar rabitəçi" adları, 1 nəfərə "Tərəqqi" medalı, 1 nəfərə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib.

2015-ci ilin I yarımilliyində vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 ədəd azalaraq 1133 ədəd (bundan 189-u telefon çəkilişi, 109-u maddi yardım verilməsi, 106-ı işlə təmin olunma, 98-i telefonun işləməməsi, 51-i qəbula gəlmək və s.), ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 ədəd azalaraq 272 ədəd təşkil edib.

Eyni zamanda, hesabat dövründə əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, cənab Nazir respublikanın 5 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 57 vətəndaş qəbul olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün Nazirliyin müvafiq strukturlarına tapşrıqlar verilib.