Ronaldo “Real”ın məşqini yarımçıq tərk etdi - Komandanı tərk edir?

22 İyul 2015 17:11 (UTC+04:00)

AzNews.az qol.az-a istinadən xəbər verir ki, daha öncə tez-tez məşqi dayandırdığı üçün Beniteslə mübahisə edən Ronaldo son olaraq məşqi bitirmədən klubun bazasından ayrılıb.

İspaniyalı mütəxəssisin məşq üsullarını bəyənməyən Ronaldo yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdiyini deyib.

Hətta portuqaliyalı futbolçunun "Real"ın Beniteslə uğur qazanacağına inanmadığı və bu səbəbdən komandan ayrılmaq istədiyi bildirilir.