AZAL bəzi reysləri bağlayacaq: “Xərclərini ödəmir" - RƏSMİ

22 İyul 2015 17:29 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər: "Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir".