Qırışlara qarşı “vampir formulu”
18 Oktyabr 2012 15:35 (UTC+04:00)
Amerika alimləri qadınları cavanlaşdıracaq yeni formul tapıblar. Yeni formulda insan qanından istifadə olunduğundan "vampir formulu" adlandırılır.
Qadınların dərisini gözəlləşdirmək və qırışları azaltmaq üçün nəzərdə tutulan formula əsasən qadınların öz qanları inyeksiya vasitəsilə dəriyə yeridilir. Bundan əvvəl isə qadından alınan qan xüsusi aparat vasitəsilə trombositlərdən təmizlənir.
Amerika alimlərinin bu üsulu avropalı həmkarlarının da diqqətini çəkib. Əvvəllər də insan müalicəsində qandan istifadə etmək halları olsa da, ilk dəfə olaraq kosmetoloji müalicədə bu üsuldan istifadə edilir. Müalicə 3 mərhələdə davam edir və qiymətinin kəskin baha olmaması ilə seçilir.
Elnarə Əlosmanqızı
AzNews.az