3 Nobel sülh mükafatçısı

18 Oktyabr 2012 16:15 (UTC+04:00)
Avropa Birliyinə verilən Nobel sülh mükafatının sahibləri bəlli olub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Birliyi mükafatın kimlərə təqdim olunacağını özü müəyyənləşdirib.

Belə ki, mükafatçılardan biri Avropa Komissiyasının sədri Joze Barrozo, digəri Avropa Şurasının prezidenti Herman Van Rompey, üçüncüsü isə Avropa Parlamentinin sədri Martin Şulçdur.

Verilən məlumata görə, rəsmi mükafatlandırma mərasimi dekabrın 10-da Oslo şəhərində baş tutacaq. Bununla belə, 1.15 milyon avroluq mükafat fondunun hara və necə xərclənəcəyi hələ ki, bəlli deyil. Ehtimal var ki, mükafat kimi ayrılan vəsait xeyriyyə işlərinə sərf olunacaq.

Nəzərinizə çatdıraq ki, ilk dəfə Nobel sülh mükafatı hüquqi şəxsə yəni Avropa Birliyinə təqdim olundu. Daha bir ilk isə, mükafatın 3 nəfər verilməsidir. adətən bu mükafat yalnız bir şəxsə təqdim olunur.

Sadiq Musa
AzNews.az