İranla razılaşma ABŞ-ı qarışdırdı - Nyu-Yorkda mitinq (FOTOLAR)

23 İyul 2015 10:22 (UTC+04:00)

AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, mitinq "İranı dayandırmaq" (Stop İran Rally) adlanır.

Mitinq təşkilatçılarının fikrincə, Vaşinqton sazişin köməkliyi ilə İrana nüvə bombası əldə etmək imkanı verməyə və terroru bütün dünyada yaymağa hazırlaşır.

Qeyd edək ki, iyulun 14-də Vyanada İranla "altılıq" arasında nüvə proqramına dair razılıq əldə olunub. Razılaşma İrana nüvə silahı yaratmaq imkanı verəcək. Eyni zamanda İrana qarşı bir sıra sanksiyaların ləğv olunmasına səbəb olacaq. İyulun 20-dən etibarən 60 gün müddətində ABŞ razılaşmaya münasibət bildirə bilər. ABŞ prezidentinin razılaşmaya veto qoymaq hüququ var.







Aydan Axundova