Quldurlara 19 il iş verildi

18 Oktyabr 2012 11:41 (UTC+04:00)
Məhkəmə quldurluqda ittiham olunan dəstə üzvlərinə 19 ilə yaxın iş verib. Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumatına görə, kriminal aləmdə "Yapon" ləqəbi ilə tanınan Rauf Məmmədov, "Seyid" ləqəbli Miryusif Əsədov, Əhməd Ərəbov və Ağdam rayon sakini Nicat Məmmədovun barəsindəki cinayət işi üzrə proses başa çatıb.

Məhkəmənin hökmü ilə Miryusif Əsədov 6 il, Nicat Məmmədov 4 il 6 ay, Əhməd Ərəbov 4 il 6 ay, Rauf Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, onlar ötən il martın 19-da Sabunçu rayonunun Qaraçuxur qəsəbəsindəki Əhməd Bakıxanov küçəsində yerləşən ərzaq malları mağazasına basqın etmişdilər.

AzNews.az