Qadın kişini doğradı - Şəmkirdə

23 İyul 2015 16:55 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, Şiştəpə kəndindən kənd sakini Namazalı Aşurov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmkəndlisi Nəzirə Nəbiyeva tutulub.