Aygün Kazımovanın Sərdar Ortaçla işbirliyi – VİDEO - FOTO

18 Oktyabr 2012 12:01 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın Türkiyədə yeni sinqlı hazırlanıb. AzNews.az-ın məlumatına görə, A.Kazımova sözləri və musiqisi Türkiyənin populyar müğənnisi və bəstəkarı Serdar Ortaça məxsus olan "Həyat ona güzel" mahnısını ifa edib.

Mahnının oranjeman müəllifi isə Volga Tamözə məxsusdur. Mahnıya çəkilən ağ-qara görüntülü klip isə yaxın günlərdə təqdim olunacaq.

Qeyd edək ki, A.Kazımovanın sinqlı müqavilə bağladığı "Dokuz-Sekiz" musiqi şirkəti tərəfindən hazırlanıb.



Fuad Mədətov
AzNews.az