TÜRKPA Beynəlxalq sessiyada

18 Oktyabr 2012 12:06 (UTC+04:00)
Oktyabrın 21-dən 26-dək Kanadanın Kvebek şəhərində 155 ölkənin parlamentinin təmsilçiləri bir araya gələcək.

Belə bir sayda beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 127-ci Sessiyasında TÜRKPA da iştirak edəcək. Bu barədə məlumatı qurumdan AzNews.az-a verilən məlumatda bildirilib.

Nümayəndə heyətinə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının sədri və Azərbaycanın Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov rəhbərlik edəcək.

Nümayəndələr gənclərin iştirakı, münaqişədən sonra yenidənqurma, parlament toxunulmazlığı, çoxtərəflilik və parlament diplomatiyası, neft və enerji təhlükəsizliyi ilə bağlı mövzularda təşkil olunacaq panellərdə iştirak edə biləcəklər.

TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.

Gültəkin
AzNews.az