Türk əsgərləri ilə “İŞİD” arasında atışma - 1 əsgər şəhid oldu, 2-si yaralandı

23 İyul 2015 19:28 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada "İŞİD"in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup "İŞİD" üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 "İŞİD"çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib.