Rusiya 20 milyardından keçdi

18 Oktyabr 2012 16:40 (UTC+04:00)
Rusiya Afrika ölkələrinin 20 milyard borcunu silib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla iş departamentinin rəisi Vladimir Sergeyev BMT-də çıxış edərkən səsləndirib.

O, həmçinin əlavə edib ki, Rusiya kasıb ölkələrin inkişafına 50 milyon dollar ayırıb və həmin vəsait artıq Dünya bankının hesabına keçirilib.

Sadiq Musa
AzNews.az